Yuma

Kəsmə

Keyfiyyətə nazərət

Qurutma

Qablaşdırma

İstehsalat Proseslərimiz: Təsərrüfatdan yüksək keyfiyyətli- Premium  Quru Meyvələrə qədər

Balkhoorma şirkəti olaraq yerli təzə meyvələrdən yüksək səviyyəli qurudulmuş təamlar istehsal etməklə davamlılıq və keyfiyyət prinsipimizi qoruyub saxlayırıq. İstehsal prosesimiz təkcə yerli fermerlərə meyvələrdən istifadə etməklə israfdan qaçınmağa kömək etmir, həmçinin hər bir meyvənin təbii keyfiyyətinin istehlakçı zövqünə uyğun qorunub saxlanılmasına, tam təbii, qatqısız şəkildə istehlakçılara çatdırılmasına şərait yaradır.

• 1. Yaş məhsulun əldə edilməsi: Yerli fermerlərə dəstək

İstehsal yolumuz yerli fermerlərlə tərəfdaşlıq etmək, onların fəaliyyətini dəstəkləmək və kənd təsərrüfatının davamlılığını təmin etməklə başlayır. İstehsal prosesimiz üçün tədarük olunan xammal xüsusi diqqətlə seçirilir və Azərbaycanın müxtəlif rayonlarında yerləşən bağlardan alınır, yerli fermerlərin məhsullarının israf olmasının qarşısı alınır.

• 2. Xüsusi Çeşidləmə: Ən Yaxşılarının Seçilməsi

Müəssisəmizə gəldikdən sonra meyvələr diqqətli şəkildə əl ilə çeşidlənir. Peşəkar çeşidləmə zamanı emal prosesi üçün yalnız optimal yetişmə mərhələsində olan meyvələrin seçilməsi təmin edilir. Seçmə prosesi hər bir qurudulmuş meyvənin mükəmməl dad və qida tərkibini təmin etməyə zəmanət verir.

• 3. Yuma prosesi: güzəştsiz təmizləmə

Seçilmiş meyvələr çeşidləndikdən sonra yuma prosesi ilə istehsal yolumuza davam edirik. Biz şirkət olaraq güzəştsiz  təmizliyə inanırıq. Bu baxımdan meyvələrimizin diqqətli şəkildə yuyulmasını təmin edirik.

zavod

• 4.Doğrama Prosesi: Avadanlıqlar vasitəsilə həyata keçirilir

Ardıcıllığa və dəqiqliyə nail olmaq üçün meyvələrimiz doğrama mərhələsinə keçir, burada müasir avadanlıqlarla səliqə ilə vahid parçalara ayırılır. Bu addım qurudulmuş meyvələrimizin vizual görüntüsünü yaxşılaşdırmaqla, bərabər qurutma prosesini də asanlaşdırır.

• 5. Qurutma Prosesi: Qida maddələrinin keyfiyyətinin qorunub saxlanılması üçün yavaş qurutma

Sürətə üstünlük verən ənənəvi qurutma üsullarından fərqli olaraq, biz yavaş qurutma prosesinə üstünlük veririk. Meyvələrimiz diqqətlə quruduculara yerləşdirilir, burada tədricən qurutma prosesindən keçirilir. Bu diqqətli yanaşma meyvələrin əsas vitamin və minerallarını qoruyub saxlayır və məhsullarımızın sağlam qida kimi üstünlüyünü artırır.

• 6. Keyfiyyət Təminatı: Sizə Sözümüz

Hər bir mərhələdə keyfiyyət təminatı komandamız tərəfindən prosesə nəzarət edilir və yalnız ən yaxşı qurudulmuş meyvələrin Balkhoorma etiketini daşıdığına zəmanət veririk. Biz sizə yalnız dad  reseptorlarınza uyğun olanı deyil, həm də təbiətin zənginliyi özündə əks etdirən təamları təqdim edirik.

Təsərrüfatdan süfrələrə gedən bu yolda bizə qoşulun, burada hər bir addım keyfiyyətə, davamlılığa sadiqliyimizi əks etdirir və sizə ən təbii, dadlı məhsulları dadmağa imkan verir.

zavod