Balxurma şirkəti olaraq, müştərilərimizə yüksək keyfiyyətli qurudulmuş xurma təqdim edərkən cəmiyyətimizə müsbət təsir yaratdığımıza inanırıq. Korporativ və sosial məsuliyyətə olan bağlılığımız fəaliyyətimizdə və dəyərlərimizdə öz əksini tapmışdır və bununla da yerli kənd təsərrüfatını dəstəkləməyə, israfı azaltmağa, cəmiyyətin rifahını təşviq etməyə olan münasibətimizi özündə əks etdirir .
Yerli Fermerlərin Dəstəklənməsi
Xammal ehtiyyatlarımızın yerli fermerlərdən tədarük etməyimizi ayrıca vurğulamaq istəyirik. Bu yolla, məhsullarımızın təravətini və keyfiyyətini təmin etməklə yanaşı, yerli kənd təsərrüfatının iqtisadi sabitliyinə və inkişafına da töhfə vermis oluruq. Yerli fermerlərlə olan tərəfdaşlıqlarımız onların inkişaf etməsinə imkan yaradır, xammal ehtiyatlarımızın etibarlı mənbədən tədarükünə zəmin yaradır.
Qida Tullantılarının Azaldılması
Şirkətimiz fəaliyyətə başlamazdan əvvəl çoxlu miqdarda xurma meyvəsi satıla bilməmə səbəbindən xarab olub, tullantıya çevrilirdi. Bu da həm məhsulun israfına, həm də lazımsız tullantılara səbəb olurdu. Biz bu halın baş verməməsi üçün, meyvələrin dəyərli məhsula çevirmək imkanını gördük. Bu xurmaları qurudulmuş meyvələrə çevirməklə, effektiv şəkildə qida tullantılarını azaldır və yerli məhsuldan maksimum istifadə edirik. Bu təşəbbüs yalnız ətraf mühitin davamlılığını dəstəkləmir, həm də daha çox keyfiyyətli, dadlı meyvə məhsullarının istehlakçılara çatdırılmasını təmin edir.
Cəmiyyətin Sağlamlığının və Rifahının Təşviqi
Cəmiyyətə olan bağlılığımız kənd təsərrüfatı və ekoloji səylərimizin hüdudlarından kənara çıxır. Şirkətimiz fiziki fəaliyyətin və komanda ruhunun sağlam və canlı bir cəmiyyətin təşviqindəki əhəmiyyətini qəbul edərək yerli idman komandalarını fəal şəkildə dəstəkləyirik. Biz yerli futbol komandasının fəxri sponsoru olmaqla, onların uğur qazanması üçün lazım olan resursları təmin edirik.
Bundan əlavə, idmanda gender bərabərliyinə böyük əhəmiyyət verərək yerli qadın futbol komandasını da dəstəkləyirik. Hər kəsin idmanda iştirak etmək və onun faydalarından yararlanmaq hüququna malik olduğuna inanırıq və sponsorluqlarımız vasitəsilə inklüzivliyi və gücləndirməni təşviq etməyə sadiqik.
İşçi sağlamlığı və əməyin mühafizəsi
Müəssisəmizdə işçi sağlamlığı, əməyin mühafizəsi məsələlərinə də həmçinin xüsusi diqqət yetirilir. İşçi heyətin təhlükəsiz iş mühitində çalışması üçün lazımi tədbirlər görülür. İşçilər ilərzində ödənişli əmək məzuniyyətinə göndərilir. Eyni zamanda işçilərin altı Aydan bir tibbi müayinədən keçirilməsi də təmin olunur.
Ekologiya və təbiətin qorunması
Müəssisəmiz öz istehsal fəaliyyətində ekologiya və ətraf mühitin mühafizəsinə diqqət yetirir. Məhsullarımız bu baxımdan tam orqanik şəkildə istehsal olunur. Şirkətimiz ətraf mühiti çirkləndirəcək əlavə, hədsiz çox tullantıların təbiətə atılmasının qarşısını almaq üçün lazımi tədbirləri görür.